(AZpressAZ-in arxivindən: 2024-cü il)
YADA DÜŞƏR XATİRƏLƏR
Səadət Qərib:
Görəsən mən sənsiz yaşayım necə?...
Ayrıldıq vidasız, ayrıldıq qəfil,
Deyirdim yaşaya bilmərəm sənsiz.
Dərd verən Allahım səbr də verir,
Amma, bircə günüm, keçmir kədərsiz.
Desəm ki alışdım yoxluğuna mən,
Hərkəs inansa da, tək sən inanma.
Geridə qaldı o bəxtəvər günlər,
İndi qara bulud ,çöküb dünyama .
Yandırdı canımı belə gedişin,
Göynətdi yaramı bu zalım həsrət.
Elə bir yerdəsən, elə uzaqsan
Sənsiz hər yer mənə qürbətdir, qürbət .
Nəfəs alırdım mən sənin yanında ,
İndi boğuluram sənsiz hər gecə
Özüm özümə hey sual verirəm,
Görəsən mən sənsiz yaşayım necə?...
Səadət Qərib
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



