Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

(AZpressAZ-in arxivindən: 2024-cü il)

YADA DÜŞƏR XATİRƏLƏR

Orxan Bahadırsoy:

Təəssüf daha...

Dama, zirzəmiyə bağla bu eşqi,

yem elə evinin güvələrinə.

Bir xatirə kimi saxla bu eşqi,

nağıl danışarsan nəvələrinə.

 

Özümdən o qədər utanmışam ki...!?

Gördüm, özgələrə adanmışam ki!

Elə dadanmışam, dadanmışam ki,

bir ucuz marketin pivələrinə.

 

Bu qırmızı rəngli kirəmitlərin,

altında çürüdü son ümidlərim.

İndi uğunuram gecə itlərin,

səhər quqquların cilvələrinə.

 

Sənsə uzaqlarda saç ağardırsan!

Ömür çürüdürsən, gün dağıdırsan.

Bir köynək yoxluğun nə ağırdısa,

çat saldı bu paltar zivələrinə.

 

Köhnəldi bu dərdim, təəssüf daha!

Təzədən cücərdim! Təəssüf daha!

Sənə sürünərdim, təəssüf, daha,

çıxmışam qürurun zirvələrinə!

Təəssüf daha...

Orxan Bahadırsoy

Best coffeeshop in Berlin