Masallı şəhərinin küçələri asfaltlanır
Masallı şəhər ərazisində əhalinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə bir sıra küçə və yollarda infrastrukturun yenilənməsi istiqamətində təmir-bərpa işlərinə başlanılıb.
“AZpress.AZ” İnformasiya Agentliyi xəbər verir ki, rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Masallı şəhər ərazisində Vəli Axundov küçəsində 590 metr, Kərim Kərimov küçəsində 500 metr, Qurtuluş küçəsində 380 metr, Məmməd Araz küçəsində 350 metr, Musa Nağıyev küçəsində 300 metr, Nəcəf bəy Vəzirov küçəsində 280 metr və Azərbaycan prospektində şəhid Elnur Əsədullayevin ailəsinə məxsus evə gedən küçədə 110 metr məsafə asfaltlanıb.
Ümumilikdə Masallı şəhəri üzrə küçələrə 2510 metr uzunluğunda asfalt örtüyü döşənib.


