Makron Ağ Evdəki görüşdə diplomatik protokolu pozub
Fransa Prezidenti Emmanuel Makron Ağ Evdəki görüşdən sonra hamının birlikdə fotosu çəkildiyi zaman əlini cibinə qoyaraq diplomatik protokolu pozub.
AZpress.Az-ın xəbərinə görə, bu barədə Polşanın "Fakt" nəşri məlumat verib.
Materialda qeyd olunur ki, Makron şəkil çəkdirərkən əlini cibində saxlayır, belə yüksəkrütbəli rəsmi tədbirlər zamanı isə bu davranış doğru hesab edilmir. Fransa prezidentinin təsadüfi pozası onun təkcə diplomatik protokola deyil, həm də Vaşinqtonda keçirilən görüşə və nəticələrinə də laqeyd münasibətindən xəbər verə bilər.
Bundan əvvəl isə "Washington Post" qəzeti ona diqqət çəkib ki, Avropa dövlətlərinin liderləri ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə fotoda daha az mehribanlıq nümayiş etdirib, daha az gülümsəyiblər.


