Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Güləşçimiz Ruzanna Məmmədova DÇ-nin finalına yüksəlib 

Bolqarıstanın Samokov şəhərində 20 yaşlılar (U-20) arasında idman güləşi üzrə keçirilən və Azərbaycan idmançılarının da qatıldığı dünya çempionatı davam edir. Mundialın bu günə təsadüf edən dördüncü günü Azərbaycan yığması üçün uğurlu olub. Belə ki, bu gün mübarizəyə qatılan xanım güləşçimiz Ruzanna Məmmədova (62 kq) inamla guləşərək adını finala yazdırıb. O, finala gedən yolda qazaxıstanlı Aydan Şorayevaya (11:0) ardından Özbəkistan təmsilçisi Nigina Sabirovaya (3:2) qalıb gələrək yarımfinala yüksəlib. Bu mərhələdə isə Ruzanna türkiyəli Büşra Efeni "tuş"la məğlub edərək finala yüksəlib. O, sabah həlledici final görüşündə Çin təmsilçisi Yanqjen Yanqjenlə üzləşəcək. 

Xatırladaq ki, sərbəst güləş üzrə U-20 millimiz mundialı 3 bürünc medalla başa vurub. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin