Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

(AZpressAZ-in arxivindən: 2024-cü il)

YADA DÜŞƏN XATİRƏLƏR

Şakir Eminbəyli: 

Oğul istəyirəm ki, bu bəxtəvərlikdən başını itirib dəli olmaya!

Yüz faiz əminəm ki, 2023-ün son günlərini Laçında, Laçın sakinləri, Laçını bir göz qırpımında cənnətməkana çevirən AZƏRBAYCAN İNSANI ilə keçirmək istənilən Azərbaycan vətəndaşının gözəl arzularından biri ola bilərdi.

Laçından 1992-ci ildə ən son çıxan, bütün faciələrimizin video xronikasını yaradan birisi kimi, 31 il sonra yenidən Vətənimin azad, gözəl diyarına səfər etməyi heç bir ifadə ilə dilə, yazıya, videoya gətirmək mümkün deyil.

Ürək istəyirəm ki, bu xoşbəxtliyə dözə!

Oğul istəyirəm ki, bu bəxtəvərlikdən başını itirib dəli olmaya!

Əksəriyyətiniz Laçının işğalı günlərində rəhmətlik Çingiz Mustafayevin hay-küyünü, Laçını qoyub qaçan ordu qüvvələrinə yalvarışlarını, söyüşünü, qəzəbini xatırlayırsız.

Amma, Çingizin özünün də kadrda göründüyü görüntülərin kim tərəfindən çəkildiyi ilə bağlı çox az adam maraqlanıb...

O görüntülərin müəllifi mənəm.

Və, nəhayət ki, ən böyük arzularımdan birini 2023-ün son günlərində həyata keçirə bildim.

Burdan 31 il əvvəl qovulduğum marşrut üzrə rahatlıqla Laçına gəldim!

İlham Əliyev sayın Cumhurbaşkanım - Sizin sayənizdə!

Qətiyyətiniz, Böyük cəsarətiniz, ağılasığmaz Sərkərdəliyiniz sayəsində!

Ordum!

Millətim!

Şəhidim!

Qazim! Sizin sayənizdə!

Lalə Əliyeva - dostum-kardeşim, dəyər verib dəvət etdiyinə görə çox təşəkkür edirəm

Best coffeeshop in Berlin