(AZpressAZ-in arxivindən: 2024-cü il)
YADA DÜŞƏR XATİRƏLƏR
Tahir Əmiraslanov:
Həmrəylik gününə həsr edilmiş “Azərbaycan mətbəxi”adlı festival
28.12.2023 -cü ildə Bakı Avropa Liseyində şagirdlər tərəfindən Həmrəylik günü bayramımıza həsr edilmiş “Azərbaycanın Milli Mətbəxi” adlı möhtəşəm tədbir keçirildi.
Şagirdlər uzun müddət araşdırmalar aparmış və xörəklərin bişirilmə texnologiyasını öyrənmişdilər.
Tədbirdə bütov Azərbaycanın reğional mətbəxi ; Təbriz , Qars, Dərbənd , Borçalı, İrəvan mətbəxləri, Bakı, Gəncə, Qarabağ, Naxçıvan, Lənkəran, Şəki , Qax, Quba , Qusar reqionlarının mətbəxləri ilə bərabər Azərbaycan Milli Şorbaları, Milli Plovlar, Ət xörəkləri , Tərəvəz mətbəximiz , Çörəklər, Şirniyyatlar, Xəmir xörəkləri, Süd mətbəxi , Toy-düyün -nişan mətbəxi stendləri sərgilənmişdi.
22 süfrədə ölkəmizin dadına baxdıq və çox məmmnun olduq. Çox ləzzətli, dadlı ölkəmiz var.
Sonda qaliblər qazandıqları sertifikatları aldılar.
Zənnimcə bu uşaqlardan öyrənməyə dəyər.
Məktəbin Direktoru Zülfiyyə xanım Veysovaya, bütün müəllimlərə , valideyinlərə və şagirdlərə təşəkkür edirəm.


