Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Zaman insan üçün var, insan zaman üçün yoxdur" - Hümbət Həsənoğludan aforizmlər

Hümbət Həsənoğlu (Hümbət Quliyev) yazır:

1. Allah Öz ruhunu insanlarla bölüşüb ki, insanlar da öz sevgilərini bir-biri ilə bölüşsünlər.

2. Xəstə təfəkkürlü insanlar artdıqca sağlam fikirli insanlara təhlükə də artır.

3. Ağıl ona görə lazımdır ki, mürəkkəb düşünüb, sadə çatdırasan.

4. Ömür uzundur, səbir etməyə məcburuq.

5. Qadın kişini qurban seçibsə, kişinin qiblənin istiqamətini aramaqdan savayı heç bir şansı qalmır.

6. Laqeydlik elə bir xüsusiyyətdir ki, o varsa, insanın digər xüsusiyyətlərinin heç bir əhəmiyyəti olmur.

7. Sözdə insanları həqiqətə inandırmaq yalana inandırmaqdan çətindir, çünki təcrübə yalanın tərəfindədir.

8 .Zaman insan üçün var, insan zaman üçün yoxdur.

9. Müəllimin işi qulaq asanların içində başa düşənləri görməkdir.

10. Barışıq üçün atılan hər addım Allaha tərəf atılan addımdır.

Best coffeeshop in Berlin