Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Paytaxtda yeraltı anbarlar tikiləcək- SƏBƏB?

Bakıda yağış sularının saxlanması üçün yeraltı anbarlar tikiləcək.

Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Qeyd olunub ki, Bakının şəhər ərazisi üçün aşağıdakı qısamüddətli tədbirlərin görülməsi təklif olunur:

• Mərkəzi park üçün susaxlayıcı sistemin qurulması

• İntensiv yağıntılar zamanı yağış sularının saxlanması və daha sonra suvarmada istifadə edilməsi üçün yeraltı anbarın inşası və güclü yağıntılar zamanı suyun park ərazisində saxlanılması;

• Qış Parkı. Yeraltı dayanacaqda yeraltı anbarın inşası;

• Atatürk Parkı. Güclü yağış hadisələri üçün parkda sututucu qurğuların quraşdırılması;

 Xətai prospekti. Suburaxma gücünün artırılması üçün su novlarının quraşdırılması;

• Neftçilər prospekti. Neftçilər prospektinin alçaq sahələrində, bulvarda drenajların qurulması, Xəzər dənizinə axıtma məntəqələrinin inşası;

• Kommersiya rayonu. Tamamilə ayrı yağış kanalizasiya sisteminin qurulması və bu sistemə kanalizasiya xətlərinin birləşdirilməsinin qarşısının alınması.

Best coffeeshop in Berlin