Güləşçimiz Ayxan Cavadov dünya çempionu olub
Bolqarıstanın Samokov şəhərində 20 yaşlılar (U-20) arasında idman güləşi üzrə keçirilən dünya çempionatı davam edir. Mundialın 6-ci günü də Azərbaycan yığması üçün uğurlu olub. Qeyd edək ki, bu gün biri xanım olmaqla üç idmançımız medallar uğrunda mübarizə aparıb. Onlardan biri - 60 kq-da güləsən Ayxan Cavadov daha yaxşı çıxış edib. AGF-dən verilən məlumata görə, çempionluq uğrunda son həlledici final görüşünə çıxan güləşçimiz erməni Yurik Mxitaryanla üzləşib. Görüşün ilk hissəsi rəqibin 3:5 hesablı üstünlüyü ilə bitsə də, fasilədən sonra xarakter nümayiş etdirməklə ard-arda xallar toplayan və rəqibinə hətta bir xal belə qazanmaq şansı verməyən Ayxan hesabı öz xeyrinə olmaqla 12:5-ə çatdırıb. Bununla da ötən il U-17 yarışlarında Avropa və dünya çempionu adını qazanan Ayxan Cavadov bu il isə U-20 arasında dünya çempionu olub.
Təəssüflər olsun ki, onunla eyni gündə bürünc medal uğrunda görüşə çıxan digər iki idmançımız fiaskoya uğrayıb.
Beləliklə, Azərbaycan komandası geridə qalan 6 gündə 6 a(1-1-4) medal qazanıb.
İNTİQAM Məmmədov


