"Ulduz Cup-2025" start götürüb
"Qarabağ" "Dinamo Tbilisi"yə uduzub
Bu gün Quba Olimpiya İdman Kompleksində 12 yaşlı futbolçular arasında sayca ikinci olan "Ulduz Cup-2025" beynəlxalq futbol turniri start götürüb. Avqustun 28-dək davam edəcək turnirdə Azərbaycan, Türkiyə, Gürcüstan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Qətəri təmsil edən 12 futbol klubu üç qrupda (A, B və C) mübarizəyə başlayıb.
İlk olaraq "C" qrupunda yer alan komandalar meydana çıxıb.
Nəticələr belədir:
"Sabah" (Azərbaycan) - "Paxtakor" (Özbəkistan) - 0:1;
"Neftçi" (Azərbaycan) - "Şaxtyor Qaraqanda" (Qazaxıstan) - 1:1;
"B" qrupunda:
"Qarabağ " (Azərbaycan) - "Dinamo Tbilisi " (Gürcüstan) - 0:2;
"İstanbul Başakşeher" (Türkiyə) - "Bunyordkor" (Özbəkistan) - 2:0.
Bu gün daha iki oyun "A" qrupunda keçiriləcək.
"Ulduz FA" (Azərbaycan) - "Trabzonspor " (Türkiyə) və
"Asprie" (Qətər) - "Sduşorsi" (Özbəkistan) oyunları olacaq.
İNTİQAM Məmmədov


