Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AZpress.AZ-ın ARXİVİNDƏN
YADA DÜŞƏR XATİRƏLƏR:

“Qara Yanvar” faciəsi fotoqrafın gözü ilə...

34 il əvvəl, 1990-cı il yanvarın 20-də sovet qoşunları Bakıya daxil oldu. Millətlərarası qarşıdurma fonunda yaranmış iğtişaşların ordu tərəfindən yatırılması çoxlu insan tələfatı ilə nəticələndi. Qanunsuz hərəkətlərin təhrikçiləri də, hərbçilər də, mülki əhali də zərər çəkdi. Münaqişənin faciəvi nəticəsi tarixə “Qara Yanvar” adı ilə düşdü. Sovet Ordusu hissələrinin Bakıya daxil olması Azərbaycan üçün faciəyə çevrildi. Milli birlik və vətənpərvərlik rəmzinə çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şanlı hekayəsidir. Hər il faciənin ildönümündə milyonlarla insan paytaxtın ən hündür nöqtəsində yerləşən Şəhidlər Xiyabanını ziyarət edərək qəhrəmanların xatirəsini ehtiramla yad edir. 

Qeyd edək ki, fotomüxbir Rasim Sadıxov haqqında Azərbaycan televiziya kanallarında Anım gününə həsr olunmuş film və geniş reportaj təqdim olunacaq. Bu hadisələrin fotosalnaməsini yaradan fotomüxbir Rasim Sadıxovun fotolarını sizə təqdim edirik:

Best coffeeshop in Berlin