Qızlardan ibarət U-16 basketbol millimiz AÇ-da ilk qələbəsini qazanıb
İstanbulda (Türkiyə) 16 yaşlı qızlar arasında basketbol üzrə keçirilən və Azərbaycan millisinin də qatıldığı Avropa çempionatı B dvizionunda qrup oyunlarının ardından sıralanma oyunlarına start verilib. ABF-dən verilən məlumata görə, yer aldığı B qrupunda keçirdiyi 4 oyunun hamısında uduzaraq qrup sonuncusu olan millimiz (U-16-miz) bu gün sıralanma oyunları çərçivəsində İrlandiya komandası ilə qarşılaşıb. Görüş millimizin 2 xal fərqli qələbəsi ilə başa çatıb - 64:62. Bununla da Azərbaycan komandası debüt etdiyi Avropa çempionatında ilk qələbəsinin qazanıb.
Sabah isə millimiz 17-19-cu yerlər uğrunda Şimali Makedoniya ilə qarşılaşacaq (saat 11:30).
İNTİQAM Məmmədov


