Yeniyetmə cüdoçumuz Anar Quliyev dünya üçüncüsü olub
Avqustun 27-də Bolqarıstanin paytaxtı Sofiyada yeniyetmə cüdoçularin dünya çempionatına start verilib. Çempionatın ilk günü Azərbaycan yığması üçün uğurlu olub. Belə ki, start günü tatamiyə çıxan cüdoçumuz Anar Quliyev (50 kq) çıxışını üçüncü yerdə bitirməklə bürünc medala layiq görülüb və yığmamızın medal hesabını acib. Xatırladaq ki, startda erməni Narek Davtyani ipponla məğlub edən Anar təəssüflər olsun ki, 1/4 finalda qazaxıstanlı Arman Missoyla bacarmayıb. Bundan sonra mübarizəni təsəlliverici görüşlərlə davam etdirən cüdoçumuz əvvəlcə İsrail təmsilçisini, daha sonra isə ev sahiblərindən Tsvrtelin Maroinovu üstələyərək üçüncü yeri tutub.
İNTİQAM Məmmədov


