Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AZpress.AZ-ın ARXİVİNDƏN
YADA DÜŞƏR XATİRƏLƏR:

Ağalar Bayramov-70

Respublikanın Əməkdar artisti, Mədəniyyət və İncəsənət Universitetinin professoru, Suraxanı Rayon Ağsaqqallar Şurasının sədr müavini, bədii qiraət ustası Ağalar Bayramovun 70 illik yubileyi ilə bağlı İcra Başçısı Əziz Əzizovun təşkilatçılığı ilə İcra Hakimiyyətində keçirilən tədbirdə “Beynəlxalq Əlillər Cəmiyyəti” İB sədri, “Əlillər Dünyası” qəzetinin Baş redaktoru Tahir Xudiyev də iştirak edirdi. Tahir müəllim bildirdi ki, Suraxanı Rayon İcra Başçısının Ağalar Bayramov üçün yüksək səviyyədə təşkil etdiyi tədbir təqdirəlayiq sayılır. O, bildirdi ki, Ağalar müəllimi hələ 35 il bundan əvvəl gənc yaşlarından televiziyadan, mətbuatdan bədii qiraətçi kimi tanımışam. Allah elə bir təsadüf saldı ki,  16 il bundan  əvvəl Azərbaycan günləri, Novruz şənliklərini keçirmək üçün Ağalar  Bayramovla birgə Dərbənd səfərində  olmuş, Narın-Qalanı ziyarət etmişik. Dərbənddə olarkən onun qəlbində Azərbaycan xalqını bir bayraq altında görmək istəyini hiss etdim. Ağalar müəllimin ürəyindən keçirdiyi bu arzular xalqını və vətənini sevən vətənpərvər insanların arzusudur. Biz də sənin bu arzularına qoşularaq, Allahdan bu arzuların gerçəyə çevrilməsini diləyirik. Gözəl diksiyaya malik Ağalar müəllim 44 günlük Vətən müharibəsində səsi ilə hamını valeh etmişdir. 1941-1945-ci il müharibəsində Levitan kimi. O da Azərbaycanımız Levitanıdır. 

Tahir müəlim bütün kollektiv adından Ağalar Bayramovun 70 illiyi ilə bağlı ona uzun ömür, böyük Allahdan cansağlığı, 100 illiyini qeyd etməsini arzu etmişdir. 

Eyni zamanda bildirdi ki, Suraxanı Rayon İcra Başçısı Əziz Əzizovun şəhid ailələrinə, qazilərə, ziyalılara, ictimai xadimlərə göstərdiyi diqqət və qayğı digər rayon icra başçılarına bir nümunə olmalıdır. 

Tədbirdə görkəmli Azərbaycan ziyalıları, elm xadimləri, millət vəkilləri, yazarlar, dövlət təşkilatlarının nümayəndələri iştirak edirdilər. Xaql artisti, Türk Dünyasının sevimlisi Gülyanaq Məmmədova, Mirələm Mirələmov, Bahar Lətifqızı, Arzu Qarabağlı tədbirin konsert proqramını öz gözəl ifaları ilə zənginləşdirdilər.

Best coffeeshop in Berlin