Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

(AZpressAZ-in arxivindən: 2024-cü il)

YADA DÜŞƏR XATİRƏLƏR

Əhməd Qəşəmoğlu: 

Yer-göy hey çağırır...

Allah yaratdığı hər bir varlığın

Üstündə özünün dəsti-xətti var,

Hər bir yaranmışın öz vəzifəsi,

Ömrünə yaraşıq eşqi, əhdi var.

 

Kainat bir nurlu ahəng içində,

Yaranan hər varlıq bir rəng içində,

Hamısı bağlıdı bir-birlərinə,

Ya sevda, ya da ki bir cəng içində.

 

Lap bir qum dənəsi, ya zirvəli dağ,

Ya bir məşum səhra, ya da barlı bağ,

Çəmənlər, bulaqlar, caylar, dəryalar

Hamısın bağlayır bir sehrli bağ.

 

Yer üzü onların heyrət növrağı,

İbadət eyləyir hər gün sübh çağı,

Qəlbi təmiz insan bilir ki, necə

Olur hər varlığın səsi, sorağı.

 

Kainat da varlıq, hüdudu sonsuz,

Zəka anlayammaz, zəka imkansız.

Sonsuzluqda gəzir qəlbin telləri,

Qəlbdir hər əmələ hakim, amansız.

 

Qəlbi saf insandır ən gözəl insan,

Onlar çiçək insan, onlar gül insan,

Haq yol o yoldur ki, saflğa doğru

Yer-göy hey cağırır: - haqqa gəl, insan.

03.01.24

Əhməd Qəşəmoğlu

   

Best coffeeshop in Berlin