Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

(AZpressAZ-in arxivindən: 2024-cü il)

YADA DÜŞƏR XATİRƏLƏR

Tahir Süleymanov: 

Azərbaycan futbolunda Asəf Namazovun özünəməxsus yeri var

Azərbaycan futbolunda Namazov qardaşlarının özünəməxsus yeri var. Hafiz və Asəf futbolçu kimi sözlərini deyiblər. Ən məşhuru Asəf Namazovdur. Ötən əsrin 70-80-ci illərində Azərbaycan futbolunun ən öndə gedən simalarından biri, ağıllı, eleqant, oyunu oxuya bilən, istiqamətverici, milli ruhu olan lider oyunçulardan idi. Təsadüfi deyil, vaxtilə "Neftçi"dəki çıxışları ilə diqqəti özünə cəlb etmişdi, Moskva "Spartak"ından dəvət alsa da, digər Rusiya klubu, "Kuban" Kracnodara üstünlük vermişdi.

Asif Namazovun isə qismət-taleyinə əsasən hakimlik yazılmışdı. Uzun illər SSRİ çempionatının güclülər, birinci və ikinci liqalarında, Azərbaycan çempionatında köməkçi, baş hakim kimi 100-lə oyun idarə edib, dahi referilərimizlə bir arada yaşıl meydanlara çıxıb, hakimlik funksiyasını yerinə yetirib. Müstəqillik illərimizin ilk dövründə, 90-ların əvvəlində AFFA Hakimlər Komitəsinə başçılıq edib, ədalət təmsilçilərinin yetişməsində əmək sərf edib.

Həmkarımız Asif Namazov sağlamlıq durumuna görə uzun müddət idi ki, aktiv fəaliyyət göstərə bilmirdi. Uzun sürən xəstəlikdən sonra, dünən axşam haqq dünyasına qovuşdu, bu gün torpağa tapşırıldı.

Namazovlar ailəsinə səbr diləyirəm.

ALLAH RƏHMƏT ELƏSİN!

Best coffeeshop in Berlin