Yeniyetmə boksçularımız Çində 4 medal qazanıblar
MDB Oyunlarına hazırlaşan yeniyetmə boksçulardsn ibarət Azərbaycan komandası Çinin Sincan-Uyğur Muxtar Rayonunda təlim-məşq toplanışını (TMT) davam etdirir. ABF-dan verilən məlumata görə yiqmamiz bu arada adı çəkilən rayonda təşkil edilən və 19 ölkə komandasının iştirak etdiyi "Kəmər və Yol" beynəlxalq turnirinə qatılıb və biri qızıl olmaqla, 4 (1-1-2) medal qazanıb.
Qızıl medal bütün döyüşlərini qələbə ilə başa vuran Haqverdi Həsənovun (63 kq) aktıvinə yazılıb. Gümüşü yalnız həlledici finalda büdrəyən Səftər Məmmədzadə (+80 kq) qazanıb. Bürünc medallar isə çıxışını üçüncü yerdə bitirən Raul Heydərli (57 kq) və Adil Zalovun (70 kq) payına düşüb.
Komandamız sentyabrın 1-də Vətənə dönəcək.
İNTİQAM Məmmədov


