Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

""Hihaha" gülməyin"- Rizvan Fikrətoğludan TÖVSİYƏLƏR

Bəzi tövsiyələr var ki, bilsəniz də, xatırlamaq yerinə düşər:

- Qatardan düşəndə yaxşı olar ki, minənləri nəzərə alıb bir istiqamət seçəsiniz. Bu mümkün olmadığı təqdirdə düşməyə tələsin, "Vağzalı" çalınmır.

- Metronun 28 May stansiyasında əgər Dərnəgül qatarına minəcəksinizsə, şərait yaradın ki, İçərişəhər qatarına azsaylı sərnişinlər minə bilsin.

- Bakı-Sumqayıt elektrik qatarında pilləkənlərdə durmayın və əyləşməyin. Ən azı qatar stansiyaya çatanda pilləkənlərdən çəkilin ki, sərnişinlər minə bilsinlər. Buna mütləq əməl edin, yoxsa pis söyürlər.

- İctimai nəqliyyatda yüksək səslə danışmayın, "hihaha" gülməyin, telefonda mübahisənizi uca səslə etməyin.

- Avtobusda, qatarda boş yerlərə çəkilin. Qapı ağzında dayanmayın. Adamların üstünə çıxmayın. Xüsusən də, metroda eskalatora çatanda adamları itələyib qabağa atılmayın. Onsuz da Bakıda hər kəs harasa tələsir.

- Eskalatorda sağ tərəfdə dayanın, sol tərəfi keçid üçün boş saxlayın. Ötüb keçmək lazım gələrsə, soldan keçin. Sürahidən tutmasanız da olar.

- Şəhərin küçələrinə tüpürməyin, küçələrə zibil atmayın. Tumun qabıqlarını ətrafa səpələməyin.

- Qapalı yerlərdə siqaret çəkməyin. Ümumiyyətlə siqaret çəkməyin.

- Bakıda şəhərli, kəndli söhbəti etməyin.

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111