ABŞ ölkələrə xəbərdarlıq etdi
ABŞ Dövlət katibi Marko Rubio müttəfiq ölkələrə Fələstin dövlətini tanımaq planlarının böyük problemlər yaradacağı barədə xəbərdarlıq edib.
AZpress.AZ-ın məlumatına görə, o bildirib ki, bu, irəliyə doğru yol deyil və Qəzzada atəşkəs əldə etməyi çətinləşdirəcək.
O, bu addımları saxta və qeyri-real adlandıraraq Fransanın Fələstin dövlətini tanıyacağına dair bəyanatından sonra HƏMAS-ın danışıqlardan uzaqlaşdığını deyib.
“Bəzən bilirsiniz, onlar qulaq asmır və öz daxili siyasətlərinə görə istədiklərini edirlər. Ancaq nəticələr də budur”, - deyə Rubio əlavə edib.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



