Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"İnsan geri qaçsa belə..."-Hümbət Quliyev YAZIR

Hümbət Həsənoğlu yazır:

1.Ağız pis-pis danışandan sonra onu bərk-bərk yummağın xeyri olmaz.

2.Sevib qarşılığını ummayan xoşbəxtliyi həmişə özü ilə gəzdirəndir.

3.Bu dünyaya insan kimi gəlmisən, çalış, bu dünyadan da insan kimi gedəsən.

4.Ağılların toqquşmasından elm, hisslərin toqquşmasından sevgi yaranar.

5.İnsan geri qaçsa belə, həyat onu irəli aparır.

6.Hamı bir dünyada yaşasa da, hərə öz dünyasında yaşayır.

7.İnsana qulaq as ki, onunla danışıb-danışmamağa qərar verə biləsən.

8.Buraxmayacağına əmin olmadığın əlləri tutma.

9.Vaxtını uzanmaqla keçirənin ömrü uzun olmur.

10.Paxıllıq öskürək kimidir, insan istəməsə də, üzə çıxar.

Best coffeeshop in Berlin