Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AZpress.AZ-ın ARXİVİNDƏN
YADA DÜŞƏR XATİRƏLƏR

Bəybala Mirzəyev:

Qələm rəqib əlindədir

Qalmaqallı amerikalı jurnalist Taker Karlsonun Rusiya prezidenti Vladimir Putindən aldığı müsahibənin sosial şəbəkələrdə milyonlarla izləyici toplaması Putinin nəsə yeni bir fikir səsləndirməsi ilə bağlı deyil.

Putin sözügedən intervyüdə əslində yeni heçnə deməyib. O, sadəcə ənənəvi fikirlərini bir qədər fərqli formada yenidən təkrarlayıb.

Müsahibənin təkcə anonsunun 100 milyondan çox izlənməsi ilk növbədə T.Karlsonun özünün hazırda ABŞ-da və dünyada fenomenə çevrilməsi ilə bağlıdır.

Putin isə Takerin müsahibə götürmək təklifindən sadəcə ustalıqla yararlanıb. Bu da bir daha onun hiyləgər fürsətçi olduğunu təsdiqləyir.

Heç Taker Karlsonun özü də Putindən əsla geri qalan deyil. O da Putin kimi fürsətçidir və Kremlin rəhbəri ilə müsahibəyə də ilk növbədə öz reytinini daha da artırmaq vasitəsi kimi yanaşır.

Co Baydenə yaxın olan media nümayəndələri və ekspertlər T.Karlsonu hətta Hitlerin ölüsündən də müsahibə götürməyə hazır olan prinsipsiz bir şəxs kimi dəyərləndirirlər.

Təsadüfi deyil ki, Ağ Ev də T.Karlsonun hazırki kritik məqamda Rusiya prezidentindən müsahibə almasına tənqidi reaksiya verib.

Taker Karlson isə öz oyununu oynayır və eyni zamanda Trampın maraqlarına xidmət edir.

P.S.

Məşhur ifadə ilə desək, qələm rəqib əlindədir.

Best coffeeshop in Berlin