AZpress.AZ-ın ARXİVİNDƏN
YADA DÜŞƏR XATİRƏLƏR
Bəybala Mirzəyev:
Rusiyanın imici Navalnının ölümü ilə lap korlanacaq
Tanınmış rusiyalı siyasətçi Aleksey Navalnı bu gün həbsdə müəmmalı şəraitdə vəfat edib. Bəzi mənbələr onun qan laxtalanmasından (tromb) huşunu itirdiyini bildirir.
Beləliklə, Putinin rəqiblərindən biri də sirli şəkildə sıradan çıxarıldı. Ukraynaya hücumdan sonra Rusiyanın dünyada bərbad olan imici Navalnının ölümü ilə lap korlanacaq.
İndi Rusiyanın dünyadakı nüfuzu keçmiş Sovet İttifaqının imicindən də betərdi.
P.S.
Hərçənd ki, bizim üçün Navalnı ilə Putinin elə də ciddi fərqi yoxdur. Çünki onların hər ikisi də imperiya təfəkkürlü şəxslərdir. Navalnı öz xalqına münasibətdə liberal-demokrat kimi, müsəlman və türk dünyasına münasibətdə isə şovinist kimi, millətçi-faşist kimi mövqe sərgiləyirdi. Bir sözlə, Navalnı əsl rus milliyyətçisi idi və ermənilərin tərəfini tuturdu. O, erməni baş nazir Nikol Paşinyana dərin rəğbət hissi bəsləyirdi.


