Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AZpress.AZ-ın ARXİVİNDƏN
YADA DÜŞƏR XATİRƏLƏR

Səadət Qərib: 

Güzgüdəki qız

Qəlbin çilik-çilik ,xəyalın qırıq

Fikirlər içində qalımısan yalqız.

Güzgümü nəmlidir ,yoxsa gözlərin,

Nə yaman dəyişdin, güzgüdəki qız.

 

Soyuqdur baxışın, sərt qış kimisən

Sızlayan yaranla yaşaya bilsən...

Neçə baharın qalıb axı bilmirsən ,

Nə yaman dəyişdin güzgüdəki qız.

 

Gedən zaman kimi bir də dönməz ki,

Torpaq aldığını geri verməz ki,

Həsrətin atəşi əsla sönməz ki,

Büsbütün dəyişmə güzgüdəki qız.

 

Uzanmış əlimi geri döndərmə,

Sən də yarım kimi məni tərk etmə,

Təsəlli etməmi məndən gözləmə,

Sadəcə dəyişmə güzgüdəki qız.

Səadət Qərib

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111