Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AZpress.AZ-ın ARXİVİNDƏN
YADA DÜŞƏR XATİRƏLƏR

Bəybala Mirzəyev: 

Gözəl insanlar köhlən atlara minib getdilər...

13 fevral sənin anım günün idi, Bəxtiyar kişi, Bəxtiyar dədə.

Bir vaxtlar sən "Hara gedir sabahımız" səpkili şeirlərinlə milli dəyərləri, insanlığı, vətənpərvərliyi təbliğ edirdin. İndi sənin yerin boş qalıb. Milli-mənəvi dəyərləri efirlərdən, kürsülərdən, məclislərdən təbliğ edən böyük Kişilər artıq yoxdur. Yaşar Kamal demişkən, o gözəl insanlar o köhlən atlara minib, çıxıb getdilər...

İndi milli-mənəvi dəyərləri təbliğ edən, örnək göstərən o böyük Kişiləri dəyərsizliyi, mənəviyyatsızlığı, azğınlığı təbliğ edən sosial şəbəkələr, sosial-kriminal verilişlər əvəz edər. "Əhməd haradadır" filmindəki əməksevər, fədakar, nümunəvi Əhmədlərin bu gün ailə qatilinə çevrilən "dəli" əhmədlərlə əvəzlənməsinin bir səbəbi də elə bununla bağlıdır.

Nə isə. Yerin yaman görünür, Bəxtiyar kişi.

Best coffeeshop in Berlin