Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Fransa millisi "D" qrupunda liderliyi ələ alıb 

2026-cı ildə  futbol üzrə keçiriləcək dünya çempionatınin (DÇ-2026) seçmə qrup mərhələsində növbəti turun oyunları keçirilib. Azərbaycan millisinin yer aldığı "D" qrupunda baş tutan digər oyunda Fransa millisi Parisdəki "Park-de-Prens" stadionunda İslandiya yiqmasini qəbul edib.Potogezli referi Antoniu No Tenin idarə etdiyi  görüş "xoruzlar"in qələbəsi ilə bitib. Matçda ilk qolu qonaq komanda vursa da fransızlar həm bərabərlik, həm də qələbə topunu vurmağı bacarıblar - 2:1. Bu qələbə sayəsində aktivindəki xalların sayını 6-ya çatdıran Fransa millisi qrupun vahid liderinə çevrilib.

Xatırladaq ki, dünən Bakıda Azərbaycan və Ukrayna arasında baş tutan görüşdə isə tərəflər hərəyə bir qol vurmaqla aktivlərinə ilk xallarını yazıblar.

 

Hazırda "D" qrupunda vəziyyət belədir:

Komanda    O   Q   H   M   T/F   X

Fransa   2   2   0   0   4:1   6

İslandiya    2   1   0   1   6:2   3 

Ukrayna    2   0   1   1   1:3   1 

Azərbaycan    2   0   1   1   1:6   1.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin