AZpress.AZ-ın ARXİVİNDƏN
YADA DÜŞƏR XATİRƏLƏR
Kəmalə Abiyeva:
ATALARA
Ana beşik üstə şam kimi yanar,
Həzin layla deyər hər könül simi.
Şirin yuxusundan körpə oyanar
Duyanda atanın hənirtisini.
Ana beşik üstə şam kimi yanar,
Günəşi oduna qoyaraq heyran.
Atanın ürəyi nələri anar
Körpə nəfəsində yuyunan zaman.
Ana beşik üstə şam kimi yanar,
Bir beşiyə sığar onunçün cahan.
Dünyanı özünə oyuncaq sanar
Körpə atasına sığınan zaman.


