Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

2025/26 mövsümündə UEFA Avropa Liqasında favoritlər müəyyənləşdi

UEFA Avropa Liqasının 2025/26 mövsümündə hansı komandaların ön plana çıxacağı artıq bəlli olub.

AZpress.AZ xəbər verir ki, favoritlərin siyahısı "Opta" superkompüteri tərəfindən hazırlanıb.

Turnirin əsas favoriti olaraq İngiltərənin "Aston Villa" klubuna 21.6% şans verilib. İtaliyanın "Roma" klubu 12.8%-lə ikinci sırada qərarlaşarkən, İngiltərə təmsilçisi "Nottingem Forest" isə 11.3% göstərici ilə ilk üçlükdə yer alıb.

Ən zəif ehtimal isə Niderland təmsilçisi "Utrext"ə verilib - cəmi 0.5%.

Qeyd edək ki, Türkiyənin Avropa Liqasındakı yeganə təmsilçisi "Fənərbağça" üçün çempionluq şansı 2.1% olaraq qiymətləndirilib.

Best coffeeshop in Berlin