Sərbəst güləş üzrə yığma komandamız 4 medalla dünya dördüncü olub
Xorvatiyanın paytaxtı Zaqrebdə kişi və qadınlar arasında idman güləşi üzrə keçirilən və Azərbaycan yığmasının da iştirak etdiyi dünya çempionatında sərbəst güləşçilərin yarısı başa çatıb. Qeyd edək ki, Azərbaycanın sərbəst güləş üzrə yığma komandası çıxışını qazandığı 4 (0-1-3) medal və topladığı 83 xalla dördüncü pillədə başa vurub. Azərbaycan mundialda yalnız İran (145 xal), ABŞ (134) və Yaponiyadan (111) geri qalıb. Qazanılan medallara gəlincə, yeganə gümüş medal yalnız həlledici finalda büdrəyən Georgi Meşvildişvilinin (125 kq), bürünclər isə çıxışını üçüncü yerdə bitirən Nurəddin Novruzov (61 kq), Arseniy Djioyev (86 kq) və Osman Nurmaqomedovun (92 kq) payına düşüb.
Sərbəst güləş üzrə komandamız bu gün Vətənə dönəcək.
Mundialda meydan zərif cinsdən olan idmançıların ixtiyarına verilib.
İNTİQAM Məmmədov


