Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

4 qat dünya çempionumuz Eldəniz Əzizli dünyada üçüncü olub 

Ülvi Qənizadə mundialın finalına yüksəlib 

Xorvatiyanın paytaxtı Zaqrebdə böyüklər arasında idman güləşi üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı dünya çempionatı davam edir. Sentyabrın 18-dən etibarən meydan yunan-Romacilarin ixtiyarına verilib. Həmin gün döşək üzərinə çıxan 4 təmsilçimizdən yalnız biri - dördqat dünya çempionu adını daşıyan Eldəniz Əzizli (55 kq) mükafatçılar sırasında yer alıb. Yalnız yarımfinalda büdrəyən Eldəniz sentyabrın 19-da qirqizistanli Ulan Uulu ilə bürünc medal uğrunda görüşə çıxıb.  Görüşdən 9:0 hesablı qələbə ilə ayrılan Əzizli dünya üçüncüsü olub. Bununla da o, mundiallarda qazandığı medallarin sayini 7-yə (4-0-3) çatdırıb.

Sentyabrın 19-da daha 3 klassikimiz mübarizəyə qatılıb ki, onlardan da yalnız Ülvi Qənizadə (72 kq) inamla guləşərək adını finala yazdırıb. Qeyd edək ki, finala gedən yolda Əlcəzair, Cənubu Koreya və Özbəkistan təmsilçisini üstələyən və bununla da ən pıs halda dünya çempionatının gümüş medalini özünə təmin edən Ülvi Qənizadə sentyabrın 20-də fransalı İbrahim Qanemlə finalda qarşılaşacaq. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin