Ukraynanın keçmiş prezidenti Moskvaya hücum etməyə çağırıb
Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko ölkənin 1991-ci il sərhədlərinə qayıtması ilə kifayətlənməyəcəyini bildirib və Ukraynanın Silahlı Qüvvələrini Moskvaya hücuma çağırıb.
Yuşşenko bu barədə "Apostrof TV" "YouTube" kanalına müsahibəsində deyib.
"Mən artıq elə yaşdayam ki, deyə bilərəm: mənim öz təsəvvürüm var və mənəvi cəhətdən, öz millətimin mənafeləri üçün hərəkət edə bilərəm. Kimsə deyir - gəlin Xutor-Mixaylovskiyə qədər irəliləyək.
Mən isə deyirəm - vəssalam? Siz ən böyük problemi övladlarınıza və nəvələrinizə buraxırsınız. Moskvaya hücum!" - deyə Yuşşenko bildirib.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



