Güləşçimiz Həsrət Cəfərov dünya çempionatının finalına yüksəlib
Xorvatiyanın paytaxtı Zaqrebdə kişi və qadınlar arasında idman güləşi üzrə keçirilən keçirilən və Azərbaycan təmsilçilərinin iştirak etdiyi dünya çempionatı (DÇ-2025) davam edir. Sentyabrın 19-da yunan-Roma güləşi üzrə yığma komandamızın daha üç üzvü döşək üzərinə çıxaraq medallar uğrunda mübarizəyə başlayıb.
Onlardan isə biri - 67 kq çəkidə qurşaq tutan Həsrət Cəfərov inamla guləşərək adını finala yazdırıb. O, finala gedən yolda əvvəlcə Neyser Hidalyo (Venezuela) və Tsucka Şimayamadaya (Avstraliya) 9:0 hesabla qalib gələrək 1/4 finala yüksəlib. Burada isə o, erməni Slavik Qalstysna (4:3) üstün gələrək yarımfinala adlayıb. Güləşçimiz bu mərhələdə isə Qirqizistan təmsilçisi Rizzak Beysekeyevi (3:1) üstələyərək finala yüksəlib. Finala yüksəlməklə mundialın ən azından gümüş medalini özünə təmin edən Cəfərov sentyabrın 20-də çempionluq uğrunda final görüşünə çıxacaq.
İNTİQAM Məmmədov


