Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Güləşçimiz Həsrət Cəfərov dünya çempionatının gümüş medalını qazanıb

Xorvatiyanın paytaxtı Zaqrebdə kişi və qadınlar arasında idman güləşi üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı dünya çempionatına sentyabrın 21-də yunan-Romavilarin son həlledici final görüşləri ilə yekun vurulub. Mundialın son günü yığmamızın aktivinə daha bir medal yazılıb. Söhbət 67 kq çəki dərəcəsində döşək üzərinə çıxan Həsrət Cəfərovun qazandığı gümüş medaldan gedir. 

Qeyd edək ki, mübarizəyə 1/16 finaldan başlayan və finala qədər qələbələrini sıralayan Cəfərov həlledici finalda iranlı Olimpiya və dünya çempionu, ikiqat Asiya çempionu adını daşıyan Səid Esmaili Laveisi ilə üzləşib. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatınca güləşçimiz dünya çempionatını ikinci yerdə bitirməklə gümüş medalla kifayətlənib. 

Bununla da Azərbaycanin yunan-Roma güləşi üzrə yığma komandası DÇ-2025-i 4 (1-1-2) medalla başa vurub.

Xatırladaq ki, Cəfərovdan öncə İkiqat dünya çempionu Ülvi Qənizadə (72 kq) qızıl, beşqat dünya çempionumuz Eldəniz Əzizli (55 kq) və Murad Əhmədliyev (97 kq) bürünc medal qazanıb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin