“Avropanın “Vals Kralı” – Ştraus 200” adlı videoçarx hazırlandı
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Avstriya bəstəkarı İohann Ştrausun anadan olmasının 200 illiyi ilə əlaqədar “Avropanın “Vals Kralı” – Ştraus 200” adlı videoçarx hazırlandı.
Videoçarxda dövrünün sərhədlərini aşaraq, bütün qitələrdə milyonlarla insanın qəlbini fəth edən, vals və operettanın dahisi, bəstəkar, skripkaçı, dirijor İohann Ştrausun ömür yolu və yaradıcılığı haqqında məlumat verilir. Bildirilir ki, İohann Ştraus ömrü boyu minə yaxın musiqi əsəri yazıb. Videoçarxda dahi bəstəkarın xatirəsi və təltifləri nümayiş olunur. “Yarasa” operettasından fraqment və “Mədəniyyət TV”-də yayınlanan “İohan Ştraus XIX əsr “Vals kralı” kimi tanınıb” verlişindən bir parça da videoçarxda yer alır.
Dahi bəstəkarın “Mavi Dunay”, “Bahar səsləri” valsları və “Yarasa” operettasından musiqi ilə müşayiət olunan videoçarx kitabxananın YouTube kanalında nümayiş olunur:
https://www.youtube.com/watch?v=pXJOihneVlc


