(AZpressAZ-in arxivindən: 2024-cü il)
YADA DÜŞƏR XATİRƏLƏR
Alimlər qan təzyiqini ən çox azaldan sadə məşqləri açıqlayıblar
Alimlər: İzometrik məşqlər qan təzyiqini azaltmaq üçün ən yaxşısıdır
Kenterberi Universitetinin alimləri qan təzyiqini azaltmaq üçün ən yaxşı məşqləri açıqlayıblar. Mütəxəssislər təxminən 16 min insanın iştirak etdiyi 270 eksperimental tədqiqatı birləşdirərək izometrik məşqlərin qan təzyiqini əhəmiyyətli dərəcədə azaltdığı qənaətinə gəliblər. Onların həyata keçirilməsindən sonra yuxarı və aşağı təzyiq göstəriciləri 8,24/4 mm Hg azalıb.
Plank və divar kreslo məşqləri hipertansiyonlu insanlar üçün uyğundur. Onlar xüsusi avadanlıq tələb etmir və evdə həyata keçirilə bilər.


