Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ağdam-Xankəndi dəmir yolunun istifadəyə veriləcəyi tarix açıqlanıb

Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin layihələndirilməsinə başlanılıb.

AZpree.AZ "Report"a istinadla xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədrinin müavini Arif Ağayev Gəncə-Mingəçevir-Ağstafa marşrutu üzrə sərnişindaşımanın başlanmasına həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, Əsgəran və Xocalı stansiyalarının konsept layihələri hazırlanır:

"Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin layihələndirilməsinə başlanılıb. 2026-cı ilin sonunadək həm Ağdam-Xankəndi dəmir yolunun, həm də Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı planlaşdırılır. Qarabağla yanaşı, Şərqi-Zəngəzur iqtisadi regionunda da dəmiryol infrastrukturu bərpa edilir. Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilmə işlərinin 84%-i, tikinti-quraşdırma işlərinin isə 67%-i yekunlaşıb".

O qeyd edib ki, dəmiryol sahəsində nəhəng layihələr həyata keçirilir:

"Qarşıdakı illərdə biz sizinlə birgə bu layihələrin nəticəsini və faydalarını görəcəyik".

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111