Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Güləşçilərimiz Dünya Seriyasının növbəti mərhələsində iştirak edəcəklər 

Bu gün Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının sayca dördüncü mərhələsinə start verilib.

AZpress.AZ-a AGF-dən verilən məlumata görə, iki gün davam edəcək bu turnirdə Azərbaycan baş məşqçi Oyan Nəzərianının rəhbərliyi altında iki güləşçi ilə təmsil olunur. Bu cütlükdə isə yenə də Vüsal Əliyev (80 kq) və İbrahim Yusubov (90 kq) yer alıb. 

Reqlamentə görə, turnirin birinci günü qruplar üzrə təsnifat görüşləri keçiriləcək (3 görüş). Ardından isə qruplarda ilk iki yeri tutanlar mübarizəni 1/4 finaldan davam edəcəklər. 

İNTİQAM Məmmədov 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111