Yığmalarımız MDB oyunlarında ikinci yeri tutublar
Azərbaycanın ev sahibliyi etdiyi və sayca üçüncü olan yeniyetmələrin MDB Oyunlarında stolüstü tennis yarışları artıq başa çatmaq üzrədir. Qeyd edək ki, Oyunların proqramına daxil olan stolüstü tennis yarışlarında komanda yarışları artıq başa çatıb. Azərbaycanın həm qızlardan, həm də oqlanlardan ibarət yığma komandası yalnız həlledici final qarşılaşmasında büdrəyərək gümüş medal qazanıb. Maraqlıdır ki, həm heyəti Onur Quluzadə, Adil Əhmədzadə və Rüstəm Hacılıdan ibarət olan oğlan yığmamız, həm də heyətində Mərziyyə Nurmətova, Yaqmur Məmmədli və Aylin Əsgərovanin yer aldığı qızlardan ibarət yığmamız finalda Rusiya komandasına eyni hesabla (0:2) uduzub.
Fərdi yaşayışlara gəlincə, tennisçilərimizdən Onur Quluzadə (14 yaş), Adil Əhmədzadə (17 yaş) və Mərsiyə Nurmətova (17 yaş) finala yüksəlib. Sentyabrın 29-da final görüşləri keçiriləcək.
İNTİQAM Məmmədov


