Azərbaycanın üç boksçusu yarışlara qələbə ilə başlayıb +FOTO
Bu gün III MDB Oyunları çərçivəsində Yevlax Olimpiya İdman Kompleksində boks yarışları başlayıb.
AZpress.AZ xəbər verir ki, azərbaycanlı boksçu Aysel Fərəcova (46 kq) 1/4 final çərçivəsində Aleksandra Kutsikova (Belarus) ilə üz-üzə gəlib. O, rəqibinə 5:0 hesabı ilə qalib gəlib və yarımfinala yüksəlib.
Digər boksçumuz Cəmilə Muradlı da (54 kq) Niqora Yusupovaya (Tacikistan) qalib gəlib və yarımfinala çıxıb.
63 kq-da Haqverdi Həsənov isə 1/4 finalda Boqdan Şaşlıkova (Belarus) qalib gəlib (3:2) və yarımfinala yüksəlib.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



