Boksçumuz Sübhan Babayev AÇ-nin 1/4 finalına yüksəlib
Çexiyanın Ostrava şəhərində 19 yaşlı (U-19) boksçular arasında keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı Avropa çempionatı davam edir. Sentyabrın 3-də sözügedən çempionatda 1/8 final döyüşlərinə start verilib. ABF-dən verilən məlumata görə, Azərbaycan millisinin üzvü Sübhan Babayev (60 kq) döyüşünü qələbə ilə başa vuraraq, 1/4 finala yüksəlib. Yeri gəlmişkən, 1/8 finalda xorvatiyalı Luka Crnoqoraqini 3:1 (29:27, 28:27, 29:27, 28:28, 27:29) hesabla məqlub edib. O, sentyabrın 4-də keçiriləcək 1/4 finalda Litva təmsilçisi Simonos Puniskislə döyüşə çıxacaq.
Avropa çempionatına sentyabrın 9-da yekun vurulacaq
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



