Azərbaycan cüdoçuları MDB Oyunlarını 21 medalla ikinci yerdə başa vurub
Azərbaycanın ev sahibliyi etdiyi və yeniyetmələr arasında sayca üçüncü dəfə keçirilən MDB Oyunlarının proqramına daxil olan cüdo turnirində fərdi yarışlar başa çatıb. ACF-dən verilən məlumata görə, Göygöl Olimpiya İdman Kompleksində təşkil edilən cüdo yarışlarında ölkəmiz 16 çəki dərəcəsində 28 cüdoçu ilə təmsil olunub və 21 (5-7-9) medalla çıxışını ikinci pillədə bitirib.
Qazanılan medalların sahiblərinə gəlincə, qızı medallar bütün görüşlərini qələbə ilə başa vuran Gülşən Hüseynova (44 kq), Könül Eyvazova (48 kq), Nərmin Ağamirzəzadə (52 kq), Zeyd Ələsgərov (60 kq) və Fəxri Sahibzadənin (66 kq) aktivinə yazılıb.
Yalnız həlledici finalda büdrəyən, Günay Salmanova (40 kq), Nəzakət Vəliyeva (57 kq), Məhəmmədəli Hüseynov, Röyal Qayıbov ( hər ikisi 60 kq), Məhəmməd Ağakişiyev (81 kq) və Sübhan Axundov ikinci yeri tutmaqla gümüş medalla kifayətlənib.
Çıxışını üçüncü yerdə bitirən Xədicə Abdullayeva (44 kq), Aysun Məmmədova (52 kq), Fidan Cəlili (70 kq), Zemfira Əliyeva (+70 kq), Anar Quliyev (50 kq), İbrahim Talıbov (55 kq), Sadiq Məmmədov (73 kq), Nurəddin Əliyev (90 kq) və Tunar Fərzəliyev (+90 kq) bürünc medala layiq görülüb.
Bununla da fərdi yaşayışlari bu nəticə ilə başa vuran millimiz 6 ölkə yığmasının iştirak etdiyi cüdo yarışında komanda hesabında ikinci yeri tutub.
İNTİQAM Məmmədov


