"Erkən nikah qeyri-müəyyən gələcək” gənclərin sosial-psixoloji maarifləndirilməsi layihəsi yekunlaşdı
Qadın və Gənc Ailələrin Sosial İnkişafı İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Erkən nikah qeyri-müəyyən gələcək” gənclərin sosial-psixoloji maarifləndirilməsi layihəsi Xaçmaz rayonunda həyata keçirilir. Layihənin əsas məqsədi erkən nikahların qarşısını almaqla, onun törətdiyi fəsadlar barədə maarifləndirmə işləri aparmaq, yetkinlik yaşına çatmayan gənclərin qeyri-rəsmi nigaha girməsinin qarşısını almaqdır. Layihənin həyata keçirilməsində hər sahədə olduğu kimi, təbliğatın böyük rol oynayacağına inanaraq, işlərin düzgün qurulması nəticəsində erkən nigahların sayını azaldacaq, qohum nigahların gələcək nəslə vurduğu ziyan dərindən öyədiləcək, gənc qızlarda erkən nigahdan başqa həyatda gələcək üçün daha vacib amillərin olmasına inam yaranacaq, gənclərdə yaş dövrü ilə əlaqədar bəzi düşüncələri formalaşacaqdır, elm, təhsil, ixtisas öyrənmə,insanın gələcək həyatında oynadığı rolun vacibliyini anlayacaqlar.
Layihənin benefisiarları əsasən Xaçmaz rayonunda yaşayan gənc qızlar, oğlanlar, uğursuz erkən nigahdan əziyyət çəkən gənc qadınlar daxildir. Beneficiarlarin sayı 200 nəfərdir və 15-35 yaş qruplarına daxildirlər. Ümumilikdə Xaçmaz rayonunda dörd seminar keçirildi.
Seminarlarda rəsmi strukturların nümayəndələri də iştirak edirlər.
Seminarlar Xaçmaz peşə liseyi, Xaçmaz rayon 6 saylı tam orta məktəb, Akademik Zərifə Əliyeva adına 8 saylı məktəb-lisey və Köhnə-Xaçmaz kənd tam orta məktəbində keçirildi.
Sonuncu seminar Köhnə Xaçmaz kənd tam orta məktəbində keçirildi. Layihə müddətində
Xaçmaz rayon İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin baş məsləhətçisi Yaqut Məsimova, layihənin təlimçisi Lalə Rəhmətullayeva, layihənin rəhbəri Tünzalə Cavadova çıxış edərək, erkən nigahların dövrümüzün aktual problemi olduğunu və erkən nigahların qarşısının alınması üçün gəncləri bütün səylərini təhsilə və digər faydalı işlərə idman, peşə və s. yönəltməyə çağırdılar.
Layihənin davamlılığını təmin etmək məqsədilə, təşkilat təlim iştirakçıları və layihənin ekspert qrupundan ibarət şəbəkə yaradacaq və bu şəbəkədə maarifləndirmə işləri davam etdiriləcəkdir. Eyni zamanda təşkilat bu seminarların layihədən sonra da davam etdirilməsini təmin etməyi qarşısına məqsəd qoyur.
Qeyd edək ki, layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəklənir.


