Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Yığmalarımız Yunanıstan yığmalarıyla sülh bağlayıb 

Gürcüstanın Batumi şəhərində kişi və qadınlar arasında şahmat üzrə keçirilən və Azərbaycan yığmalarının da iştirak etdiyi komanda Avropa çempionatı davam edir. Dünən çempionatda 5-ci turun oyunları keçirilib. Maraqlıdır ki, həm kişi, həm də qadın yığmamız hesabat turunda Yunanıstan komandaları ilə qarşılaşıb. Hər iki oyun sülh şəraitində başa çatıb - 2:2. 

Bununla da geridə qalan ilk beş turdan sonra hər iki komandamızın aktivində 6 xal var. Bu göstərici ilə kişi yığmamız yarış cədvəlində 5-7-ci yerləri bölüşür, qadınlarımız isə 8-ci yerdədi.

Bu gün çempionatda 6-ci turun oyunları keçiriləcək. Qeyd edək ki, püşkatma nəticəsində hər iki komandamız Ermənistan yığması ilə qarşılaşacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin