Azərbaycan atletləri mundialda fiaskoya uğrayıblar
Oktyabrın 2-dən etibarən Norveçin Förde şəhərində böyüklər arasında ağır atletika üzrə keçirilən dünya çempionatı artıq finişə yaxınlaşıb. Dünən çempionatda çəkisi 110 kq olan atletlərimiz körpücük üzərinə çıxaraq öz bacarıqlarını nümayiş etdirməyə çalışıblar. Təəssflər olsun ki, hər iki atletimiz fiaskoya uğrayıb. A qrupunda çıxış edən Dadaş Dadaşbəyli (110 kq) birdən qaldırmada 173, təkanla isə 212 kq ağırlığında yükü ram edib. Bu isə ona yalnız 13-cu yeri tutmaq imkanı verib. Bir məqamı da qeyd edək ki, Dadaşbəyli zədəli olduğu üçün 6 cəhddən yalnız ikisində özünü sınaya bilib.
Eyni çəkidə çıxış edən digər təmsilçimiz - Əli Şükürlü isə yalnız birdən qaldırmada 182 kq ağırlığında yükü ram edib. Di gəl ki, onun təkanla çıxışında bütün cəhdləri boşa çıxıb.
İNTİQAM Məmmədov


