Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Triatlonçuların ölkə çempionatı keçirilib 

Oktyabrın 11-də Pirallahıdakı Nərəkənd parkında müxtəlif yaş qruplarından (uşaqlar, kişilər və qadınlar) olan atletlər arasında triatlon üzrə Azərbaycan çempionatı keçirilib. Azərbaycan Triatlon Federasiyasından verilən məlumata görə, qurumun Gənclər İdman Nazirliyi ilə birgə təşkil etdiyi bu yarışda müxtəlif yaş qruplarından (uşaqlar və böyüklər) olan 100-dən çox atlet iştirak edib. 

Yarışların proqramına əsasən uşaqlar 375 metr məsafəyə üzmək, 8 km velosiped sürmək və 2 km qaçmaqda özlərini sınayıblar. 

Böyüklər (kişi və qadınlar) isə  Xəzər sularında 750 m üzməklə, 20 km velosiped sürməklə və 5 km məsafəni qaçmaqla bacarıqlarının nümayiş etdiriblər.

Kişilərin yarışında ilk üç yeri müvafiq ardıcıllıqla Əli Rzazadə, Tamerlan Musayev və Tural Atakişiyev tutub. Qadınların yarışında isə Leyla Abdullayeva və Klara Marecova fərqlənib. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin