Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Millimiz Polşada Ukrayna yığmasına minimal hesabla uduzub

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatınin (DÇ-2026) seçmələri çərçivəsində dünən sayca dördüncü turun oyunları keçirilib. Seçmələrin "D" qrupunda yer alan Azərbaycan millisi bu tur çərçivəsində Ukrayna millisinin qonağı olub. Məlum səbəblərə görə ev oyunlarını Polşada keçirən Ukrayna komandası Azərbaycan yığmasını Polşanın Krakov şəhərindəki "Krakyove" stadionunda qəbul edib. Taleyi avstriyalı referi Sebastyan Qisxamerə həvalə edilən oyun Ukrayna millisinin minimal hesablı qələbəsi ilə başa çatıb - 2:1 (1:1). 

Matçda vurulan qollara gəlincə, 30-cu dəqiqədə Aleksey Qutsulyak hesabı açıb - 1:0. Görüşün 45+3 dəqiqəsində millimiz hesabı bərabərləşdirib - 1:1. Elvin Cəfərquliyevin qapıçı meydançasına ötürdüyü top Nəriman Axundzadənin toxunuşu ilə rəqib qapısından keçsə də qol avtoqol kimi Ruslan Mikolenkonun ayağına yazılıb. Matçda son nöqtəni isə 64-cü dəqiqədə Ruslan Malınovskiy qoyub - 2:1.

"D" qrupunda keçirilən digər oyunda isə İslandiya öz meydanında Fransa ilə sülh bağlayıb - 2:2.

Geridə qalan 4 turdan sonra "D" qrupunda komandaların turnir vəziyyəti belədir:

Komanda    O    Q    H    M    T/F    X

1. Fransa    4   3   1   0   9-3   10

2. Ukrayna    4    2   1   1   8-7   7

3. İslandiya    4   1   1   2   11-9   4   

4. Azərbaycan     4   0   1   3   2-11   1

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin