Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

 “Sənətin Sərhədi Yoxdur” adlı Beynəlxalq Festival Xətai Sənət Mərkəzində açıldı

14–16 oktyabr 2025  tarixlərində keçirilməsi nəzərdə tutulan  “Sənətin Sərhədi Yoxdur” adlı Beynəlxalq Akvarel Festivalı 14 oktyabr tarixində Xətai Sənət Mərkəzində açıldı. Festivalı giriş sözü ilə Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov açaraq festival iştirakçılarını və tədbirin qonaqlarını  salamladı.Söz alan Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, Beynəlxalq Suluboya Cəmiyyətinin sədri Atanur Doğan, Xalq Rəssamları Arif Hüseynov və Sirus Mirzəzadə, Azərbaycan Milli İncəsənət Muzeyinin əməkdaşı Əsəd Qulyev, Beynəlxalq Suluboya Cəmiyyəti Azərbaycan nümayəndəsi Səbinə İskəndər və başqaları çıxış etdilər. İştirakçılara hədiyyələr,mükafatlar və sertifikatlar təqdim olundu. 
Festivalda Azərbaycan rəssamları ilə yanaşı bir çox xarici ölkədən olan  ustad rəssamlar xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bir araya gələrək, özləri ilə gətirdiyi əsərlərini sərgilədi, həm də  performans göstərdilər. Həmçinin festivalda  xüsusi qayğıya ehtiyacı olanların əsərləri sərgilənirdi
Festivalın məqsədi incəsənətin şəfalı gücünü nümayiş etdirmək, xüsusi qayğıya ehtiyacı olan uşaqlar və gənclərin yaradıcı potensialını dəstəkləmək, onların cəmiyyətə inteqrasiyasını təşviq etmək və sənətə olan marağı artırmaqdır.
Rəssamlar və əsərlər haqqında rəqəmsal kataloq hazırlanacaq.
Gün ərzində festival öz işini plan üzrə davam etdirdi. Festival 15 oktyabr və 16 oktyabr tarixlərində plan üzrə davam etdirəcək.16 oktyabrda saat 16:00 da Azərbaycan Rəssamlar İttifaqında yerli və beynəlxalq rəssamların birgə sərgisi  ilə işini bitirmiş olacaq.
Festivalın şüarı:
Dünya rənglərlə gözəldir!

Gəlin, sənətin gücü ilə fərqli dünyalarımızı birləşdirək!
“Sənətin Sərhədi Yoxdur” vasitəsilə ruhumuzu ifadə edək, birlikdə yaradaq və paylaşaq!
Festivalın xüsusi qayğıya ehtiyacı olan uşaqların asudə vaxtlarının səmərəli keçirmələrinə işiq saçacağına, həmçinin, akvarel janrında yaradılmış əsərlərə ictimai marağın arırılmasına xidmət edəcəyinə inanırıq!

 

**

Best coffeeshop in Berlin