Qadın boks yığmamız Türkiyə toplanışında
Oktyabrın 18-də qadın boksçulardan ibarət yığma komandamız Türkiyənin Kastamonuda şəhərində yerli komanda ilə birgə Təlim-Məşq Toplanışına (TMT) başlayıb. Oktyabrın 28-dək davam edəcək bu TMT-də sparrinqlərin keçirilməsi də nəzərdə tutulub. Toplanış qarşıdakı 4-cü İslam Həmrəyliyi Oyunlarına və U-23 Avropa çempionatına hazırlıq xarakteri daşıyır.
Xatırladaq ki, məşqçilər korpusu bu TMT-yə boksçulardan Lalə Mədətovoa (48 kq), Zeynəb Rəhimova (51 kq), Nərgiz Zeynalova (54 kq), Aynur Mikayılova (57 kq) və Fatimə Mehdiyevanı (65 kq) cəlb edib.
İNTİQAM Məmmədov


