Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

ABL-da üçüncü tura yekun vurulub 

17-19 oktyabr günlərində kişi basketol klublarının çıxış etdiyi Azərbaycan Basketbol Liqasında (ABL) üçüncü turun oyunları keçirilib. Turda təqvim üzrə keçirilməsi nəzərdə tutulan 6 oyundan beşi baş tutub. Turda yalnız A qrupunda "Gəncə" - "Neftçi"  görüşü ikincinin Avrokubok turnirlərində iştirak etdiyi üçün təxirə salınıb.

Qalan oyunların nəticələri belə olub:

A qrupunda:

"Sabah" - "Şəki" - 85:66 (17:25, 29:11, 26:12, 13:18);

"NTD Baku " - "Abşeron Lions " - 81:99 (16:29, 24:29, 16:23, 25:18).

Bu qrupunda:

"ORDU"  - "Sərhədçi" - 85:73 (23:15, 22:27, 17:18, 23:13);

"Sumqayıt " - "Quba" - 88:98 (21:21, 18:27, 23:21, 26:29);

"Lənkəran " - "Naxçıvan " - 82:91 (19:21, 20:21, 18:29, 25:20).

A qrupuna hərəyə 6 xal toplayan "Sabah"la "Abşeron Lions" şərikli liderlik edir. B qrupunda isə 6 xalla "ORDU" klubu vahid liderdi.

Qruplarda komandaların turnir vəziyyəti belədir:

A qrupunda: Sabah, NTD - hər ikisi 6 xal,  Neftçi, Gəncə, Şəki, NTD - hərəyə 3 xal.

Bu qrupunda: ORDU - 6 xal, Naxçıvan, Quba - hər ikisi 5 xal, Lənkəran, Sərhədçi - hər ikisi 4 xal, Sumqayıt - 3. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin