Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Çəhrayı Oktyabr 2" Konfransı –Süd Vəzi Xərçəngi ilə Mübarizəyə Dəstək adlı tədbir təşkil olunub +FOTO=10

18 oktyabr 2025-ci il, saat 14:00-da Bakı Gənclər Mərkəzində, Inclusive Organization Company və "Ümidlə Gəl" xeyriyyə layihəsinin rəsmi tərəfdaşlığı, Azimli Group MMC-nin təşkilatçılığı, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi, Konora Events və Zuraya MMC-nin təşkilati dəstəyi ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Ümumdünya Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı”na həsr olunmuş “Çəhrayı Oktyabr 2” adlı maarifləndirici konfrans təşkil olundu.

Konfransın əsas məqsədi süd vəzi xərçəngi ilə bağlı ictimai maarifləndirməni artırmaq, erkən diaqnostikanın əhəmiyyətinə diqqət çəkmək və qadınlara motivasiya verməkdən ibarət idi.

Tədbirin əsas spikerləri sahənin peşəkar mütəxəssisləri — mammoloq-radioloq Günel Qəmbərova və tibbi onkoloq Aygün Aslanova oldular. Onlar süd vəzi xərçəngi ilə mübarizədə erkən diaqnozun və düzgün tibbi yanaşmanın əhəmiyyəti haqqında geniş çıxış etdilər, iştirakçıların suallarını cavablandırdılar.

Konfrans çərçivəsində sosial dəstək məqsədilə aşağıdakı təşəbbüslər həyata keçirildi:

Günel Qəmbərova tərəfindən seçilmiş 10 nəfər qadın “Məlhəm” Hospitalda ödənişsiz müayinədən keçmək imkanı əldə etdi.

Aygün Aslanova da həmçinin "İstanbul Klinikası"nda 10 nəfəri ödənişsiz müayinəyə alacaqdır həmçinin seçilən şəxslərə  konfransda Aygün xanım tərəfindən xüsusi hədiyyələr təqdim edildi.

Bu cür təşəbbüslər cəmiyyətin diqqətini qadın sağlamlığına yönəltməklə yanaşı, həm də insanlara real dəstək göstərmək baxımından böyük əhəmiyyət kəsb edir.

Fotolar: Rüstəm İsmayılov

-bu reportajda olan fotoları sifariş ermək üçün
-eyni zamanda AZpress.AZ İnformasiya Agentliyinin XƏBƏR saytlarında REKLAM və REKLAM xarakterli məlumatların yayımlanması üçün təqdim etdiyimiz mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz:

+99477 737 75 76

Best coffeeshop in Berlin